| Elə bil MS-13, Yakudza, Kasta qurublar! |
| Marsda buruqlar tapılır |
| Usta kruqları dağıdır asta qruplar |
| Hansı ki gözləri qan səhərə qədər postda durublar |
| Bizdə belədi gərdişi-dövran |
| Hər işi böhran olanın, vərdişi böhtan |
| Gəlmişi çoxdan unudub keçmişini bu qədər sadə |
| Vəziyyət fövqəladə! |
| Dön gəl Adəm! |
| Adə, mənə bax biradər |
| Bu qədər matəm niyə? |
| Madam hər kəs bərabər |
| Danışır soyqırımdan, danışıdıqca soy qırılır |
| Deyir ki: «üzümə tüpür, döy məni, söy qırılım» |
| Əşşi nəisə. Bir gün başıvız daşa dəysə |
| Ölümün gözünə baxın 10 nəfərin 5-i geysə |
| İncə-mincə, domestic animal ya da pet |
| Bizlər lycan, majestic cannibal ya da Mad! |
| Mən. Siz. Birdə külək, birdə yağış! Sülh. Hərb. Müharibə. Yoxdu barış! Gəl. Bax. |
| Gələn gedir, gedən ölür! Dön get #OnÜç addım, geriyə dön gəl! |
| Mənə lazım deyil qafiyə əvəzinə rhyme demək |
| Əsas daim demək! |
| Kim nə qədər hit yazıb? |
| Bilmirəm sayın bilək |
| Medal asaq boynundan, ağzının payını verək! |
| Qlamur həyat tərzinə can atır can xanım |
| Gönçeyigül Badi-Səfa Tövhə Müşərrəf Pikə Sultan xanım |
| Adriana Lima karması |
| Mənim sinəm dəftər, beynim mina tarlası |
| Tər basır düşməni — atıram replika |
| Satıram papryka, ədəbiyyata rap qatıram |
| Bir dənə Ustad var öldürəcək ulduzlar onu |
| Uşaqlıq travmam dostumun sevdiyi qızlar olub |
| Show-business'i tanımıram əsl show rap |
| Bura Alcatraz, Guantanamo, Shawshank |
| Divarlar qan içində, qanlı əllər murdar |
| Dəlixanaya xoş gəldin! Hər şey xaotik burda |
| Əsas gözlərimi anla |
| Sözlərimi başa düşməsən də olar |
| Özündən keçib gəlməlisən |
| Yoxsa bağlanar üzünə ilahi qapılar |
| Sevgi ən vacib şərtdir |
| Səcdə etməsən də olar |
| Qurd ziyafətində bütün balıqları dünyanın |
| Allah çəkəcək qarmağın |
| Bu gün dostların yarısı əclaflıq titulunda |
| Oyanmışıq qardaş, xeyirli olsun sabahın |