| Tarixlər pozar beyin, qələmim yazar deyim |
| Mən sanki Səttarxan inqilabım uzaq deyil |
| Dinləyir Qüzey məni, dinləsin məni Güney |
| Qara çovğunam yenə də həmin küləy |
| Mən Hemingway səliqəsiz sətirlərim |
| Elə bir parfümerəm ki bahalıdır ətirlərim |
| Yağışda çətirlərim mənim qat-qat |
| Öz cəddim Oğuz vətənim Qafqaz! |
| Mən Kafka sadiqəm Milenama |
| Gözüm tox ruhum azadlıq dilənir amma |
| Mən Vahid 10 il boğsalar səsimi |
| Həqiqətləri yazıb verəcəm nəfəsimi |
| Mən Nəsimi hər dövrüm qəddar |
| Kafir kimi tanıyıb dərimi soydular hətta |
| Qoydular hətta məmləkətin adını xaos |
| Mən sanki Okaber MadHouse. |
| Aləm fəryad qoparar dağılsa dünya, hamı birdə başdan desin |
| Ya Rəbb! birdə bağışla günahımızı, birdə tövbə və yenə günah |
| Mən sanki Adolf Hitler 4-cü Reyxəm mən! |
| Kafirlər dəyişmir gəlsə də peyğəmbər |
| Vursada müşk-ənbər desəki şeyxəm mən |
| Mahatma Gandi mistik görsənir seyidim’dən |
| Danışır hədisdən pay alır hər diss’dən |
| Gandinin başına and içir hələ də Hindistan |
| Mən sanki Çingizxan dövrümdə yox İslam |
| Tanrıya inanıram əlbət fərqliyəm buddistdən |
| Yaranar Türkistan Canavar, Qurd bizdən! |
| Üzümə vura bilməmisən hələ ki vur dizdən |
| İyrəndim mən sizdən yaltaq deyiləm mən |
| Mən sanki Adolf Hitler 4-cü Reyxəm mən! |
| Ruhuma deyirəm mən «Bədənimə verdiyi işgəncə» |
| Dövrdə Qəmlo — mən, Əli Xəyyam — Kefli İsgəndər |
| Yazılarım haqqında demişdi Nostradamus |
| Mən Okaber MadHouse. |
| Aləm fəryad qoparar dağılsa dünya, hamı birdə başdan desin |
| Ya Rəbb birdə bağışla günahımızı, birdə tövbə və yenə günah |