Текст песни Bənövşə - Manaf Agayev

Bənövşə - Manaf Agayev
Информация о песне На данной странице вы можете ознакомиться с текстом песни Bənövşə , исполнителя -Manaf Agayev
Песня из альбома: Azəri Oğlanları
Дата выпуска:25.04.2013
Язык песни:Азербайджан
Лейбл звукозаписи:mikpro

Выберите на какой язык перевести:

Bənövşə
Nə qədər eşqimiz, ey gül, belə pünhan olacaq
Aşikar eyləməyincə ürəyim qan olacaq?
Nə qədər gül üzünün həsrətin aşiq çəksin?
Nə qədər gül üzünün həsrətin aşiq çəksin?
Nə zaman vəslinə bəs yetməyə imkan olacaq?
Bəs haçan rəhm edəcək bülbülü biçarəyə gül
Bəs haçan rəhm edəcək bülbülü biçarəyə gül
Nə qədər bəs o fəqirin işi əfğan olacaq?
Eşqdən başqa nə dərd olsa yenə çarəsi var
Ayrılıq dərdinə, bilməm necə dərman olacaq?
Sən götürt məscidi zahid, bizə meyxanəni ver
Sən götürt məscidi zahid, bizə meyxanəni ver
Kim bu işdə görək axırda peşiman olacaq?
Bənövşə, Bənövşə, məndən uzaq getmə
Bənövşə, Bənövşə, qəlbimi qan etmə
Bənövşə, Bənövşə, məndən uzaq getmə
Bənövşə, Bənövşə, qəlbimi qan etmə
Səni görəndə mən
Ürək yanar qəmlə
Səni görəndə mən
Ürək yanar qəmlə
Allah bizi barışdırar, inşallah
İkimizi qovuşdurar, inşallah
Allah bizi barışdırar, inşallah
İkimizi qovuşdurar, inşallah
Kaş, səni bir də görəm, dilbər
Sevgili qönçəmi dərəm, dilbər
Kaş, səni bir də görəm, dilbər
Sevgili qönçəmi dərəm, dilbər
Qurban olum yaradan
Qurtar məni bəladan
Allah bizi barışdırar, inşallah
İkimizi qovuşdurar, inşallah
Allah bizi barışdırar, inşallah
İkimizi qovuşdurar, inşallah
Allah bizi barışdırar, inşallah
İkimizi qovuşdurar, inşallah

Поделитесь текстом песни:

Напишите что вы думаете о тексте песни!

Другие песни исполнителя: