| Mənə dəniz verin, tənha qalmışam
|
| O, mənə ən şirin sözlər deyəcək
|
| Mənə dəniz verin, bəlkə bu axşam
|
| Gur sular qapımı gəlib döyəcək
|
| Səhər açılanda, gecə düşəndə
|
| Mənə dəniz verin, qoy darıxmayım
|
| Gözümün yaşında islanım bir az
|
| Kədərli baxışla ona baxmayım
|
| Mənə dəniz verin, o, tənha qalıb
|
| O, məni axtarır, məni gözləyir
|
| Gedirəm dənizə, dəniz mənimdir
|
| O dəniz gözlərim səni gözləyir
|
| Mənə dəniz verin, o, tənha qalıb
|
| O, məni axtarır, məni gözləyir
|
| Gedirəm dənizə, dəniz mənimdir
|
| O dəniz gözlərim səni gözləyir
|
| Mənə dəniz verin, isinim bir az
|
| Onun gözlərinə qarışam bəlkə
|
| Tapım sularında göz yaşlarımı
|
| Orda taleyimlə barışam bəlkə
|
| Səhər açılanda, gecə düşəndə
|
| Mənə dəniz verin, qoy darıxmayım
|
| Gözümün yaşında islanım bir az
|
| Kədərli baxışla ona baxmayım
|
| Mənə dəniz verin, o, tənha qalıb
|
| O, məni axtarır, məni gözləyir
|
| Gedirəm dənizə, dəniz mənimdir
|
| O dəniz gözlərim səni gözləyir
|
| Mənə dəniz verin, o, tənha qalıb
|
| O, məni axtarır, məni gözləyir
|
| Gedirəm dənizə, dəniz mənimdir
|
| O dəniz gözlərim səni gözləyir |